Keçmiş SSRİ vətəndaşı Sidneydə baş verən terror aktı, güllələrdən həyat yoldaşı Larisa Kleytmanı öz bədəni ilə qoruyaraq həyatını itirib,. Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Cütlük 50 il evli olub. Onlar Ukrayna SSR-dən Avstraliyaya köçüblər. Ailə Xanuka bayramını qeyd etmək üçün Bondi çimərliyinə gəlib. Atışma başlayanda Aleksandr güllələrin qarşısını almaq üçün həyat yoldaşını qoruyub. O, başının arxa hissəsindən güllə yarası alıb.
“Düşünürəm ki, məni qorumaq üçün qalxdığı an ona atəş açıldı və güllə başının arxa hissəsinə dəydi,” — deyə Larisa bildirib.
Nəşrin məlumatına görə, cütlüyün iki övladı və 11 nəvəsi var.
Qeyd edək ki, Avstraliyada çimərlikdə atışma 14 dekabrda baş verib. Hücum edənlərin hədəfi Xanuka bayramına həsr olunmuş tədbir zamanı çimərlikdə istirahət edənlər olub. Daha sonra terrorçunun əlindən ov tüfəngini alan şəxsin kimliyi də açıqlanıb.