Geri qayıt Çap et

Bir gecədə fəlakət: Marokkonun qərbi sular altında qaldı

Marokkonun qərbində baş verən daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.
le360 qəzetinin məlumatına görə, 14 dekabr 2025-ci il tarixində Safi vilayətində güclü leysan yağışları ciddi fəsadlara səbəb olub. Yaralananlar hazırda tibbi yardım alırlar.

Yerli hakimiyyət orqanları və fövqəladə hallar xidmətləri bölgədə xilasetmə işlərini davam etdirir, zədələnmiş infrastrukturun bərpası aparılır.

DenMedia.az