Ucarda baş verən yol qəzasında heyvanlar tələf olub.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Alpı kəndində qeydə alınıb.Rayonun Qulabənd kənd sakini Qismət Sirac oğlu Nuriyev idarə etdiyi KİA markalı minik maşını ilə Alpı kənd sakini Xanoğlan Baloğlan oğlu Məmmədova məxsus 3 baş inəyi vurub.Nəticədə minik maşını yararsız hala düşüb, heyvanlardan biri hadisə yerində tələf olub, ikisi isə ağır yaralanıb.Zərərçəkənin sözlərinə görə, Qismət Nuriyev idarə etdiyi avtomobillə əvvəlcə inəklərdən birini vurub. Daha sonra geri qayıdan sürücü yüksək sürətlə hərəkət edərək digər iki inəyi də vurub.
Hadisə zamanı zərərçəkən və oğlu son anda qəzadan yayınaraq yol kənarındakı su arxına düşüblər.Nəticədə insan tələfatı olmasa da, heyvanlara ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız hala düşüb.Faktla bağlı araşdırma aparılır.
AQİL ƏSƏDOV
Denmedia.az