Geri qayıt Çap et

Kult filmlərin canisi Piter Qrin Nyu-Yorkda ölü tapıldı

ABŞ-li aktyor, 1990-cı illərin kult filmlərində canlandırdığı mənfi obrazlarla tanınan Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Aktyorun 60 yaşı var idi.

Məlumata görə, Piter Qrinin meyiti 12 dekabr 2025-ci il tarixində (yerli vaxtla gündüz saatlarında) Manhettenin Lower East Side ərazisində yerləşən mənzilində aşkarlanıb. Qonşular bir neçə gün ard-arda mənzildən Milad musiqisinin səsləndiyini eşitdikdən sonra polisə müraciət ediblər.

Nyu-York polisinin açıqlamasına əsasən, zorakı ölüm əlamətləri aşkar edilməyib. Aktyorun ölümünün dəqiq səbəbi hələlik müəyyən olunmayıb və bu məsələ tibbi ekspertiza tərəfindən araşdırılacaq.

Piter Qrinin vəfatını onun uzun illər meneceri olmuş Qreq Edvards təsdiqləyib. O, başsağlığı mesajında aktyoru “nəsilinin ən böyük aktyorlarından biri” adlandırıb.

Qeyd edək ki, Piter Qrin tamaşaçıların yaddaşında əsasən “Kriminal oxu” (Pulp Fiction) və “Maska” (The Mask) filmlərindəki yaddaqalan cani rolları ilə qalıb.

DenMedia.az