Geri qayıt Çap et

Qazaxıstanda dəhşətli partlayış: stansiyada yanğın, ölənlər var

Qazaxıstanın Qaraqanda vilayətinin Şet rayonu ərazisində yerləşən Moyıntı stansiyasında güclü yanğın baş verib.

Respublikanın Fövqəladə Hallar Nazirliyi bildirib ki, yanğının səbəbi kafelərdən birində qaz balonunun partlaması olub.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, 11 nəfər isə xəsarət alaraq ən yaxın rayon xəstəxanasına yerləşdirilib.

Hadisənin detalları hazırda araşdırılır.

DenMedia.az