Abşeronda bir nəfərin ölümü ilə nəticələnən faciə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində, “Nurlan” marketin yaxınlığında baş verib.
Məlumata görə, Fatmayı kənd sakini olan 29 yaşlı Ülvi Vəzirov Abşeron rayon üzrə “Azərişıq” işçisi olub.
Mehdiabadda iş görərkən yüksək gərginlikli xəttə dəyib . Elə hadisə yerində dünyasını dəyişib.
Mərhum iki uşaq atasıdır, bir oğlu və bir qızı var.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.


Nizami Rəsulov
Denmedia.az