Ucarda canavarlar kəndə hücum edib.
Denmedia.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Alpoud kəndində qeydə alınıb. Kənd sakini Şəmil Hüseynovun təsərrüfatına soxulan yırtıcı heyvanlar bir baş xırda buynuzlunu öldürüb, 5 başını isə aparıblar.Təsərrüfat sahibi bildirib ki, əvvəllər belə hallarla yalnız gecə saatlarında rastlaşsalar da, son zamanlar canavarlar gündüz vaxtlarında da kəndə yaxınlaşaraq heyvanlara zərər verir.
Məsələ ilə bağlı Ucar rayon İcra hakimiyyətinin Alpoud kənd üzrə nümayəndəsi Maarif Abbasovun televiziyamıza bildirdi ki, mövcud durumla bağlı rayon icra hakimiyyətinə məlumat verilib, yaxın vaxtlarda bununla bağlı tədbirlər görüləcəyi planlaşdırılır.
AQİL ƏSƏDOV