Geri qayıt Çap et

Ekstremal plastik əməliyyatları ilə tanınan bloqer faciəvi şəkildə həyatını itirdi

Sosial şəbəkələrdə “Mariya Maqdalina” ləqəbi ilə tanınan meksikalı bloqer və model Deniz İvonn Xarvis Qonqora Tailandda ölü tapılıb. Bu barədə Daily Mail nəşri məlumat yayıb.

33 yaşlı Deniz Tailandın Puket adasında, Patonq kurort şəhərində yerləşən otelin doqquzuncu mərtəbəsinin eyvanından yıxılıb. Onun cəsədi otelin dayanacağında aşkarlanıb. Ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Denizin sosial şəbəkələrdə təxminən yarım milyon izləyicisi olub. O, əsasən ekstremal plastik əməliyyatlara marağı ilə tanınıb. Mətbuatda onu bəzən “canlı şişmə kukla” adlandırırdılar.

Qız ilk dəfə 21 yaşında Meksikada, diş həkimi tərəfindən həyata keçirilən uğursuz döş böyütmə əməliyyatı etdirib. Daha sonra qaş qaldırma, üz və bədən liposaksiyası, burun və döş formalarının dəyişdirilməsi, vinir dişlər, “pişik gözü” plastikası, ombaya silikon inyeksiyaları və digər çoxsaylı əməliyyatlar keçirib.

Deniz ilk dəfə 2018-ci ildə genital nahiyənin filer vasitəsilə böyüdülməsi zamanı həyatı üçün təhlükəli vəziyyətə düşməsi ilə gündəmə gəlib.

“Prosedur zamanı az qala ölürdüm. İki dəfə qan köçürülməsi edildi,” — deyə o sonradan danışmışdı.

Sonrakı illərdə də bir neçə dəfə əməliyyat masasında ölüm təhlükəsi ilə üzləşib, omba nahiyəsində yaranan yaralarla mübarizə aparıb. Bildirilir ki, bəzi plastik əməliyyatlarını Rusiyada etdirib.

DenMedia.az