Geri qayıt Çap et

Bakıda iki avtomobil toqquşub, qaz borusu alışıb — FHN hadisə yerində...

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Denmedia.az xəbər verir ki, qəza Çoban Bəkirzadə küçəsində baş verib.
“Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Qəza nəticəsində yanğın başlayıb.
“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.
Qeyd edək ki, hadisə zamanı həmin avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.
“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.
Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün o, xəstəxanaya yerləşdirilib.

Nizami Rəsulov

Denmedia.az