Geri qayıt Çap et

Ağır qəza oldu - Ölən var

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az Apa-ya istinadən xəbər verir ki, rayon ərazisində "VAZ-2104" markalı avtomobil yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Ə.Bayramovanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.