Astaranın Xəzər sahilində iki balıqçı itib.
Məlumata görə, hadisə barədə məlumat daxil olduqdan sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları və Dövlət Kiçik Həcmli Gəmilərə Nəzarət Xidmətinin əməkdaşları axtarışlara cəlb olunub.
Həmçinin aidiyyəti qurumlara məlumat verilib.
İtkin düşən şəxslərin axtarışı davam etdirilir.