Geri qayıt Çap et

Qubada zəlzələ baş verdi

Quba rayonunda zəlzələ qeydə alınıb.

DenMedia.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 22:18-də Quba stansiyasından 19 km şimalda 3,3 maqnitudalı zəlzələ olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.