Geri qayıt Çap et

Yardımçı tikilidən 71 yaşlı kişi meyiti tapıldı

Zaqatalada 71 yaşlı kişinin meyiti tapılıb.

“DenMedia.az” xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1954-cü il təvəllüdlü Məmmədov İsmayıl Tanrı oğlunun meyiti ailə üzvləri tərəfindən evinin həyətindəki yardımçı tikilidə aşkar olunub.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. Qafqazinfo.az