Geri qayıt Çap et

Biləsuvarda yol qəzası olub, ölənlər var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

DenMedia.az-ın məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.