Geri qayıt Çap et

Ağır qəza oldu - Xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az Apa-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə


polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.