Geri qayıt Çap et

Braziliyada aslan19 yaşlı gənci parçaladı

Braziliyanın Paraiba ştatında, Juan-Pesoa şəhərində yerləşən zooparkda aslan 19 yaşlı gənci parçalayıb.

Bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, gənc zooparkda 6 metrdən hündür divara dırmaşıb və yanındakı ağacdan istifadə edərək aslanın hövzəsinə enib.

Bundan sonra yırtıcı ona hücum edib. Nəticədə gənc həyatını itirib.

DenMedia.az