Geri qayıt Çap et

Bakıda uşaq pəncərədən yıxıldı

Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Denmedia.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Məlumata görə, Qaraçuxur qəsəbə sakini 2022-ci il təvəllüdlü H.Ə. yaşadığı evin 2-ci mərtəbəsindəki pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən H.Ə.-nin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.