Geri qayıt Çap et

Luvrun qalmaqallı qarəti: dördüncü iştirakçı həbs olundu

Banditizmlə mübarizə şöbəsinin əməkdaşları Luvrun qarətində dördüncü şübhəlini saxlayıblar.

DenMedia.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti polisə istinadən məlumat yayıb. Hadisə İle-de-Frans regionunda baş verib.

“Luvrun qarətində [iştirak edən] dördüncü şübhəli çərşənbə axşamı səhər Paris regionunda banditizmlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb”, — deyilir məlumatda.