Geri qayıt Çap et

Sumqayıtda avtomobil 55 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Yaqub Əhədovu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.