Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun Qarasaqqalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü, Cəyli kənd sakini Ariz Cəfərov Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil qarşısına çıxan qoyun sürüsünə çırpılıb. Zərbənin təsirindən avtomobil yoldan çıxaraq yol kənarına düşüb.
Qəza nəticəsində Qarasaqqalı kənd sakini Vidadi Qarayevə məxsus 10 baş xırdabuynuzlu heyvan tələf olub. Mal sahibinin sözlərinə görə, ona təxminən 5 min manat maddi ziyan dəyib.
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzanın dəqiq başvermə səbəbləri araşdırılır.







Aqil Əsədov
DenMedia.az