Geri qayıt Çap et

Bakıda parkda meyit tapıldı

Bakıda parkda ölüm hadisəsi olub.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 28 May küçəsində qeydə alınıb.

55 yaşlı Musa Maxsud oğlu Abdulovun meyiti həmin küçədə yerləşən parkda aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Məlumata görə, mərhum tüfeyli həyat tərzi keçirib.

Araşdırma aparılır.