Geri qayıt Çap et

Avstraliyada yarış faciəsi: avtomobil tribunaya çırpıldı — yaralananlar var

Avstraliyada keçirilən avtomobil yarışı zamanı gözlənilməz qəza baş verib — yarış iştirakçılarından birinin idarə etdiyi avtomobil nəzarətdən çıxaraq tamaşaçıların üstünə çırpılıb.

7News kanalının məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti kəskin ağır olaraq qiymətləndirilir.

Hadisə yerinə təcili yardım və polis cəlb olunub, qəzaya səbəb olan amillər araşdırılır.

DenMedia.az