Geri qayıt Çap et

Abşeronda "Təzə yol" adlanan ərazidə avtomobil qadını vuraraq öldürdü-Hadisə Yerindən FOTOLAR

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az xəbər verir ki, hadisə "Təzə yol" adlanan ərazidə qeydə alınıb.

Yolu keçmək istəyən Nərminə Tarverdiyevanı avtomobil vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Ellada Rəsul

DenMedia.az