Geri qayıt Çap et

Hindistanda partlayış - yeddi nəfər həlak oldu

Hindistanda polis bölməsində baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub, 27 nəfər yaralanıb, bunu NDTV kanalının mənbələrə istinadən yaydığı məlumatda bildirilir. Jurnalistlərin məlumatına görə, partlayış kriminalist qrupunun bölmədə saxlanılan partlayıcı maddələri yoxladığı vaxt baş verib.

Bununla yanaşı, jurnalistlər qeyd edir ki, yaralananlardan beş nəfərin vəziyyəti kritikdir, buna görə də həlak olanların sayı art­a bilər. Kanalın məlumatında vurğulanır ki, ölənlərin əksəriyyəti polis əməkdaşları və məhkəmə-tibbi ekspertiza işçiləri olub.

Denmedia.az