Geri qayıt Çap et

Qocalar evləri və klinikalar boşaldılır — Nürnberqdə təhlükə rejimi

Nürnberq şəhər administrasiyası bildirib ki, İkinci Dünya müharibəsi dövrünə aid Amerika bombası aşkar edildiyi üçün 20 mindən çox insan evakuasiya edilib. Denmedia.az xəbər verir ki, mərminin çəki­si 450 kiloqramdır.

Bombanı Nürnberqin Qrossroyt rayonunda aparılan tikinti işləri zamanı tapıblar. Yaxınlıqdakı küçələrdə tibb müəssisələri və qocalar evləri yerləşir.

“21 minədək insanın evakuasiyası tələb olunur. Evakuasiya bir neçə qocalar evini və tibbi müəssisəni əhatə edəcək”, — deyə məlumatda bildirilir.