Geri qayıt Çap et

Azərbaycanda toy karvanında faciə - Ölən və yaralılar var

Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, toy karvanında olan VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Nüşabə Baxşıyeva

DenMedia.az