Geri qayıt Çap et

Hədə-qorxu gəlib pul yığırlar - Abşeronda saxta vergi əməkdaşları peyda olub?-VİDEO

Abşeron rayonunda bir qrup şəxs özlərini vergi əməkdaşları kimi təqdim edərək sahibkarlardan hədə-qorxu yolu ilə pul yığmağa cəhd edib.

DenMedia.az-ın məlumata görə, onlar Masazır kəndində bir neçə ticarət obyektinə daxil olaraq guya “vergi xidmətləri” həyata keçirdiklərini bildiriblər. Həmin şəxslər xırda sahibkarlardan müxtəlif məbləğdə pul tələb edib, hətta bəzi hallarda “müqavilə” adlı saxta sənədlərə məcburi imza atdırıblar. Etiraz edən obyekt sahiblərinə isə hüquq-mühafizə orqanlarının və Vergilər Nazirliyinin adından hədə-qorxu gəliblər.

Hadisələr ticarət obyektlərinin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

Vergilər Nazirliyindən DenazTv-yə bildirilib ki, sözügedən şəxslərin quruma heç bir aidiyyəti yoxdur və onların bu cür “xidmətləri” mövcud deyil. Nazirlik nümayəndələrinin sözlərinə görə, bu hal təkcə Abşeron və Sumqayıt ərazisində deyil, ölkənin bir sıra bölgələrində də müşahidə olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli açıqlamasında deyib ki, məsələ ilə bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılır.