İran mediasının məlumatına görə, ölkənin şimalındakı Semnan vilayətində yerləşən neft emalı zavodunda baş verən yanğın nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər yaralanıb.
Hadisə Cənnətabad sənaye zonasında yerləşən müəssisədə qeydə alınıb. Yanğınsöndürənlər hələ də alovla mübarizə aparırlar, lakin hadisənin səbəbi hələlik açıqlanmayıb.