Geri qayıt Çap et

Dağ yürüşü faciə ilə bitdi: qar uçqunu beş can aldı

İtaliyanın şimalındakı Trentino-Cənubi Tirol bölgəsində Almaniyadan olan beş alpinist qar uçqunu altında həlak olub.

DenMedia.az xəbər verir ki, bu barədə Alto Adige nəşri yerli dağ-xilasetmə xidməti istinadən məlumat verib.

2 noyabr, bazar günü ata və oğulun meyitləri tapılıb. Daha iki alman vətəndaşı isə 1 noyabr axşamı Ortles dağ silsiləsində baş verən qar uçqunu nəticəsində həyatını itirib.

Ümumilikdə iki alman alpinist qrupundan yalnız iki nəfər sağ qalıb.