Geri qayıt Çap et

17 yaşlı hamilə gəlinin toyundan sonra həyatını itirdiyi anların fotosu yayıldı...

Astarada baş verən dəhşətli hadisə cəmiyyətdə böyük sarsıntı yaradıb.
DenMedia.az xəbər verir ki, sosial şəbəkələrdə toyundan bir gün sonra dünyasını dəyişən gənc gəlinin toy görüntüləri yayılıb.
Fotoda gəlinin bəylə birgə məclisə girişi, onların xoşbəxt anları və qonaqların alqış sədaları əks olunub. Görüntülər izləyənləri dərindən sarsıdıb və sosial mediada geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, Astarada dünən toyu olan gəlin qəfil ölüb. Gəlinin 29 həftəlik hamilə olduğu deyilir.

Astara rayon Pəlikeş ərazi icra nümayəndəliyinə daxil olan Dolu kənd sakini 17 yaşlı Əfsanə İmanova ilə 20 yaşlı Amil Gövziyevlə dünən Deqədi kəndində, şadlıq saraylarından birində toy məclisi olub. Toyda gəlin özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib".

Ellada Rəsul