Geri qayıt Çap et

İsmayıllıda bir yaşlı körpə su quyusuna düşərək ölüb

İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.

Denmedia.az xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.

2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Rafiq Həsənov