Geri qayıt Çap et

“Pan­teonun sükutu” – Yaponiyalı turist qızının gözü qarşısında faciəvi şəkildə yıxılaraq öldü

İtaliyanın paytaxtı Romada yaponiyalı turist, 69 yaşlı Morimaso Hibino faciəvi şəkildə həlak olub.

DenMedia.az CNN-ə istinadən xəbər verir ki , kişi Pan­teonun divarından yıxılaraq həyatını itirib.

Hadisə Hibinonun qızı gözü qarşısında baş verib.

Polis bildirib ki, “kişi Pan­teonu əhatə edən daş divarın üzərində oturarkən başı gicəllənib və o, tarazlığını itirərək aşağı düşüb.”

Hüquq-mühafizə orqanları bədənin olduğu əraziyə çatmaq üçün darvazanı sındırmalı olublar.
Hadisədən sonra Pan­teon — eyni zamanda katolik kilsəsi kimi fəaliyyət göstərən tarixi məkan — ziyarətçilər üçün bağlanıb.

Məlumata görə, divarın hündürlüyü təxminən 7 metrdir.

İlkin istintaq nəticələrinə əsasən, ölüm hadisəsi cinayət xarakteri daşımır.