Geri qayıt Çap et

Qadın qışqırdı ki, hamımızı qıracaqsan-Kürdəmirdəki dəhşətli qəzadan GÖRÜNTÜLƏR-VİDEO

Kürdəmirdə dəhşətli yol qəzası baş verib.

DenMedia.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ 2107 markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İlkin Hüseynov kənd ərazisində hərəkətdə olarkən qarşısında hərəkətdə olan qoşqulu Traktora çırpılıb.Bu zaman avtomobildə olan 5 nəfərdən 2 nəfəri 2020-ci il təvəllüdlü Uğur və anası Vüsalə Hüseynovalar elə hadisə yerindəcə dünyasını dəyişib.

3 nəfər , sürücü və sərnişinlər Səmiyə Hüseynova və onun nəvəsi 8yaşlı Yusif Hüseynov isə müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasıan aparılıb.Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları eləcə də FHN-nin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.Və hadisənin baş vermə səbəbləri araşdırılır.Qeyd edək ki,avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları tərəfindən işləri həyata keçirilib.Ölən şəxslərin meyitləri aidiyyatı üzrə təhvil verilib.Qeyd edək ki qəzada ölən və yaralananlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.