Geri qayıt Çap et

Sumqayıtda parkda dəhşət: kişi oturacaqda dünyasını dəyişdi-HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR...

Sumqayıtda parkda meyit tapılıb.

Bu barədə DenMedia.az-a hadisə şahidləri məlumat veriblər.

Belə ki, şəhərin mərkəzində yerləşən parkda, təxminən 45 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Hadisə şahidlərinin sözlərinə görə, kişi parkdakı oturacaqlardan birində əyləşmiş vəziyyətdə olarkən ani şəkildə həyatını itirib.

Məlumata görə, parkın təmizliyi ilə məşğul olan əməkdaşlar onun uzun müddət hərəkətsiz qaldığını görüb yaxınlaşıblar. Yaxınlaşdıqda isə kişinin artıq həyat əlamətlərinin olmadığı müəyyən edilib və bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin baxış zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda şəxsin kimliyi və ölüm səbəbi müəyyənləşdirilir. Meyit tibbi ekspertizaya göndərilib.

Ərazi müvəqqəti olaraq polis tərəfindən nəzarətə götürülüb, hadisə ilə bağlı araşdırma aparılır.

Ellada Rəsul