Geri qayıt Çap et

Magistaral yolda ağır qəza -Çoxlu sayda ölü var...

Qazaxıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“DenMedia.az” “Tengrinews”a istinadən xəbər verir ki, Samara-Şımkent avtomobil yolunda yük avtomobili ilə sərnişin mikroavtobusu toqquşub.

Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb yük maşınının qarşı hərəkət zolağına çıxması olub.