Geri qayıt Çap et

Qubanın mərkəzində azad gəzən itlər insan həyatı üçün real təhdidə çevrilib-FOTO

Qubanın mərkəzində sahibsiz küçə itləri insan həyatı üçün təhlükə mənbəyinə çevrilib.
"DenMedia.az"-ın Şimal birosu xəbər verirki, Qubanın mərkəzi küçələrindən birində lentə alınan görüntü  şəhrdə sahibsiz it probleminin nə qədər ciddi vəziyyətə çatdığını açıq şəkildə göstərir.
Hər gün yüzlərlə sakinin, tələbənin və məktəblinin istifadə etdiyi bu yolda itlər açıq-aşkar təhlükə mənbəyinə çevriliblər.
Kadrlarda bir neçə itin yoldan keçən piyadaların üstünə cumduğu aydın görünür. Ətrafda olan vətəndaşların müdaxiləsi nəticəsində vəziyyət nəzarətdən çıxmayıb, lakin istənilən an daha ağır hadisənin baş verə biləcəyi ehtimalı istisna deyil.
Sakinlərin sözlərinə görə, son aylarda Quba şəhərində sahibsiz itlərin sayı kəskin artıb. Gecələr və səhər saatlarında küçələrdə dolaşan bu heyvanlar xüsusilə uşaqlar və qadınlar üçün ciddi təhlükə yaradır.
Məsələ ilə bağlı Quba şəhər Bələdiyyəsi ilə əlaqə saxlamağa cəhd edilsə də, qurumun telefonuna zənglər cavabsız qalıb.
Nüşabə Baxşıyeva