Geri qayıt Çap et

Bu yolda maşın aşdı - Xəsarət alan var

Gəncə-Daşkəsən yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az  xəbər verir ki, Daşkəsən rayon sakini 1987-ci il təvəllüdlü Roman Həsənov idarə etdiyi avtomobili aşırıb. Nəticədə sürücü xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.