Geri qayıt Çap et

ABŞ-da faciəvi təyyarə qəzası — bütün sərnişinlər həlak oldu

Denmedia.az xəbər verir ki, ABŞ-ın Miçiqan ştatının kiçik Bet-Taun şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə yerli vaxtla saat 17:00 radələrində, Klark və Pikok küçələrinin kəsişməsində baş verib.

 Təyyarədə olan üç nəfər hadisə yerindəcə həyatını itirib. Həlak olanların kimliyi hələ müəyyənləşdirilməyib.

 Yerli mediada yayılan fotolarda meşəlik ərazidən qalxan tüstü və alov dilləri açıq şəkildə görünür.

Hadisənin səbəbləri hələ də araşdırılır. Əraziyə ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) mütəxəssisləri cəlb olunub.

Bet-Taun şəhərinin əhalisi cəmi 2 841 nəfərdir. Hakimiyyət orqanları sakinləri və sürücüləri hadisə yerindən uzaq durmağa çağırıb, çünki yol xilasetmə işləri üçün bağlanıb.