Geri qayıt Çap et

Xırdalanda 20 yaşlı oğlanı görün harda qətlə yetirdilər...

Abşeronda qətl hadisəsi baş verib.

DenMedia.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, park ərazisində aralarında yaranmış mübahisə zamanı ,2005-ci il təvəllüdlü Elmir Axundov 2006-cı il təvəllüdlü Fərid Məmmədov tərəfindən bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

Fərid Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ellada Rəsul

DenMedia.az