Geri qayıt Çap et

Tovuzda dəhşətli hadisə: bir ailənin üz azyaşlı övladı…

Tovuzda bir ailənin üç azyaşlı üzvü zəhərlənib.

DenMedia.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

2021-ci il təvəllüdlü İlqar Hüseynzadə, qardaşı 2022-ci il təvəllüdlü Nihat Hüseynzadə və bacıları 2019-cu il təvəllüdlü Gülnur Hüseynzadə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, uşaqlar nəzarətsiz qalaraq turşu yeyib və ondan zəhərləniblər. Azyaşlıların vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı araşdırma başlanılıb.