Geri qayıt Çap et

Sidneydə silahlı hücum: xeyli sayda insan yaralandı

Avstraliyanın Sidney şəhərində kütləvi atışma baş verib. Hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb, o cümlədən bir nəfər güllə yarası alıb.

DenMedia.az  xəbər verir ki, News.com.au portalının məlumatına görə, 60 yaşlı kişi Qərbi Sidney ərazisində 100-ə yaxın atəş açdıqdan sonra polis tərəfindən saxlanılıb.

Polisin rəsmi açıqlamasında bildirilir ki, silahlı şəxs şəhər yollarında hərəkət edən avtomobillərə nizamsız atəş açıb. Onların arasında polis maşınları da olub.

 Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və təfərrüatlarını araşdırır.