Geri qayıt Çap et

Asan Xidmət əməkdaşı ağır qəzada həlak oldu – Bakı-Quba yolundakı faciənin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi , Bakı-Quba yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az xəbər verir ki, hadisə yolun 21-ci kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, motosiklet yolu keçmək istəyən piyadanı vurub. Güclü toqquşma nəticəsində motosiklet sürücüsü, 1985-ci il təvəllüdlü Zaur Abdullayev hadisə yerində dünyasını dəyişib. Piyada isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, qəza nəticəsində həlak olan Zaur Abdullayev Sumqayıt şəhər 1 saylı “Asan Xidmət” Mərkəzinin əməkdaşıdır. O, mərkəzdə səyyar İT əməkdaşı kimi fəaliyyət göstərirmiş.

Hazırda faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

Ellada Rəsul

DenMedia.az