Geri qayıt Çap et

İstanbul sarsıldı: 5 bal gücündə zəlzələ yaşandı

DenMedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Marmara bölgəsində 5 bal gücündə zəlzələ baş verib və İstanbulda da hiss olunub.

AFAD-ın (Fövqəladə Hallar İdarəsi) məlumatına görə, Çanakkale, Edirne, Tekirdağ, Kırklareli və Balıkesir sakinləri də yeraltı təkanları hiss edib.

İstanbulun qərbindəki bəzi restoranların ziyarətçiləri panikaya düşərək müəssisələri tərk edib və küçələrə çıxıblar.