Geri qayıt Çap et

İrandan Azərbaycana qaçan əfqanlar saxlanıldı

Dövlət sərhədini pozan şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xərkəzindən Denmedia.az-a verilən məlumata görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları – 24 yaşlı Əhmədi Enamullah Əbdülqafar və 23 yaşlı Taimani Cavid Muhəmmədəzim saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.