Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası olub..
DenMedia.az xəbər verir ki, hadisə Sitalçay ərazisində qeydə alınıb.
Belə ki, öz şəxsi avtomobili ilə hərəkətdə olan 26 yaşlı Cəmil Hacıəliyev qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq beton arakəsməyə çırpılıb.
Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılsada, lakin həkimlərin səylərinə baxmayaraq o dünyasını dəyişib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Şahidlərin verdiyi məlumata görə, Mercedes markalı avtomobil əvvəlcə beton arakəsməyə, daha sonra TIR-a dəyib. Sonra qəfil alışıb. Yoldan keçən insanlar onu yanan avtomobildən çıxarsalar da lakin həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
Ellada Rəsul