Geri qayıt Çap et

Yankoviç Qarabağ-Kopenhagen oyununa qatıla bilməyəcək-Bu səbəbə görə...

“Qarabağ”ın futbolçusu Marko Yankoviç 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bunu “DenMedia.az”-a açıqlamasında klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, müayinələrdən sonra futbolçuda əzələ gərilməsi akarlanıb. Müalicə üçün 6 həftə vaxt lazım olacaq.

Qeyd edək ki, “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi “Benfika” ilə oyunda zədələnərək meydanı tərk etmişdi.