Geri qayıt Çap et

Sumqayıtda 8 aylıq qız dölü görün hardan tapılıb?-Hadisə yerindən GÖRÜNTÜLƏR

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 14.09.2025-ci il tarixində saat 14:20 radələrində mühafizə polisi tərəfindən ölü döl aşkar edilib.

Bu barədə "DenMedia.az"-a TƏBİB-dən bildirilib.

Hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.

Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.

17:27

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız dölü aşkarlanıb.

"DenMedia.az" məlumat verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Döl aidiyyəti qurumlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.