Geri qayıt Çap et

Saray-Novxanı yolunda DƏHŞƏT: Sürücü piyadanı vuraraq öldürüb- FOTO

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“DenMedia.az”-ın hadisə yerində olan əməkdaşı məlumat verir ki, hadisə Saray-Novxanı yolunda qeydə alınıb.

Elşad Həsənivun idarə etdiyi “Honda”markalı minik avtomobili yolu keçən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.