Geri qayıt Çap et

Gədəbəydə FACİƏ: Dağdan yıxılan 55 yaşlı kişinin boynu qırırldı

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

“DenMedia.az”-ın yerli bürosu xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb.

O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.