Geri qayıt Çap et

İsmayıllıda güclü yanğın hər yeri kül etdi: HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR-VİDEO

İsmayıllı rayonunun Sərsura kəndində yanğın hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki,  1965-ci il təvəllüdlü Yunusov Ağa (Ağasüleyman) Həmid oğluna məxsus həyətyanı sahədə ümumi sahəsi 74 kvadratmetr olan tikilidə yerləşən 2 ev və tövlə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 texnikası və 17 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, ətraf tikililərin alovdan mühafizəsi təmin edilib.
Dəqiqləşdirilmiş məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 77 kvadratmetr olan, 1 mərtəbəli 4 otaqlı ev, bitişik 70 kvadratmetr sahəsi olan talvar, ümumi sahəsi 150 kvadratmetr olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqdakı ümumi sahəsi 70 kvadratmetr olan tövlənin dam örtüyü, həmçinin tövlənin damına yığılmış 10 ton ot bağlamasından 8 tonu yanıb.
Yanğının başvermə səbəbi hələlik müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır. İsmayıllı.
Rafiq Həsənov
Denmedia.az